525.Az

Azərbaycanın turizm potensialı Dnepropetrovskda sərgilənir


 

Azərbaycanın turizm potensialı Dnepropetrovskda sərgilənir<b style="color:red"></b>

Dnepropetrovskda "Azərbaycan-Ukrayna Gənclər İttifaqı" İctimai Təşkilatının təşkilatçılığı ilə Azərbaycanın turizm potensialına və Birinci Avropa Oyunlarına həsr olunmuş "fotosuşka" (sərgi) keçirilib.

Qeyd edək ki, "fotosuşka" fotoqrafiya mübadiləsini nəzərdə tutan populyar beynəlxalq layihədir. Onun mahiyyəti bundan ibarətdir ki, hər hansı iştirakçı öz işlərini paltar sıxacı ilə ipdən asır və çəkdiyi fotoşəkillərin yerinə başqalarını götürür.

İştirakçı öz çəkdiyi fotoşəkli imzalaya, o biri üzündə əlaqə koordinatlarını, yaxud fotoşəklin gələcək sahibinə ürək sözlərini yaza bilər. "Fotosuşka" iştirakçıları üçün iki böyük zal icarəyə götürülüb.

Yüzdən çox iştirakçı Azərbaycanın və birinci Avropa Oyunlarının paytaxtının gözəlliklərinə heyran qalıb.

Azərbaycanla bağlı bütün fotolar götürülüb. Bir çoxları Odlar Yurduna getmək arzusunda olduqlarını bildiriblər.

Tədbirin təşkilatçıları ənənəvi Azərbaycan şirniyyatı süfrəsi açıblar. "Plan -B" və "Çayka Livinqston" musiqi qruplarının gənc və istedadlı üzvləri qonaqları öz çıxışları ilə sevindiriblər.

S.ABDULLAYEVA

 





24.06.2015    çap et  çap et