525.Az

"Bakı-2015": millimizdə ciddi itki


 

"Bakı-2015": millimizdə ciddi itki<b style="color:red"></b>

"Bakı-2015" I Avropa Oyunlarında uğurlu çıxışı ilə diqqət çəkən Azərbaycanın boks yığması ciddi itki ilə üzləşib.

Qol.Az-ın məlumatına görə, +91 kq çəki dərəcəsində ölkəmizi təmsil edən boksçumuz Məhəmmədrəsul Məcidov böyük ehtimalla, yarımfinal döyüşünə çıxa bilməyəcək.

Buna onun 1/4 finalda Türkiyə təmsilçisi Əli Dəmirəzənlə görüşdə qaşından və gözündən ciddi zədə alması səbəb olub. 

Həkimlərin Məcidovun rusiyalı Qasan Qimbatovla yarımfinal döyüşünə çıxmasına icazə vermədiyi bildirilib.
 
Qeyd edək ki, 1/4 finalda türkiyəli Əli Dəmirəzəni 3:0 hesabı ilə məğlub edərək yarımfinala yüksələn London Olimpiya Oyunlarının bürünc mükafatçısı, Avropa və dünya çempionumuz "Bakı-2015"i bürünc medalla başa vurub.

Əlavə edək ki, M.Rəsulovun yarışda iştirakını dayandırması haqda ilk xəbəri azerisport.com saytı yayıb.

 





25.06.2015    çap et  çap et