525.Az

"Sima" teatr mükafatı təqdim ediləcək


 

"Sima" teatr mükafatı təqdim ediləcək<b style="color:red"></b>

Dövlət Gənc Tamaşaçılar Teatrı və ASSİTEJ - Azərbaycan Milli Mərkəzi "Sima" mövsümi teatr mükafatı təsis edib.

Mükafat teatrın yaradıcı heyəti arasında istedadın və peşəkarlığın qiymətləndirilməsi, peşə stimulunun yaradılması, bədii dəyəri ilə (mövzusu, quruluşu, tərtibatı, ifaçısı) fərqlənən tamaşaların teatr ictimaiyyətinə təqdim edilməsi, habelə mövsüm ərzində hazırlanmış ən uğurlu səhnə əsərlərinin və ayrı-ayrı ifaçıların mükafatlandırılması məqsədilə təsis olunub.

Mükafat 9 nominasiyada təqdim olunacaq. Artıq münsiflər heyəti iclas keçirərək gizli səsvermə yolu ilə nominantları müəyyənləşdirib. Mükafatın təqdimat mərasimi iyulun ortalarında, 87-ci teatr mövsümünün yekununa həsr olunmuş iclasda reallaşacaq.

Mükafatçılara xüsusi priz, diplom və pul mükafatı təqdim ediləcək.

S.ABDULLAYEVA

 





25.06.2015    çap et  çap et