525.Az

“Əsas odur ki, bayrağımızı yüksəltdim”


 

“Əsas odur ki, bayrağımızı yüksəltdim”<b style="color:red"></b>

“Avropa Oyunları haqqında təəssüratım çox gözəldir. İlk dəfə görürdüm ki, azarkeşlər öz idmançılarını yaxşı dəstəkləyirlər. Bundan əvvəlki yarışlarda bu cür azarkeş dəstəyi görməmişdim”.

Bu sözləri I Avropa Oyunlarının bürünc mükafatçısı, Azərbaycan boksçusu Anna Əlimərdanova deyib.

Medalına qovuşan Əlimərdanova nailiyyəti ilə bağlı fikirlərini bölüşüb.

“Döyüşə çıxdığım heç bir rəqibimi tanımırdım. Təkcə Rusiya idmançısını tanıyırdım. Çətin döyüşlər keçdi. Bütün rəqiblərimin özünəməxsus taktikası var idi və bu səbəbdən mənim üçün bir az çətin oldu. Əldə etdiyim nəticədən razıyam. Əsas odur ki, medal qazandım və bayrağımızı yüksəltdim. Qələbəmi atama həsr edirəm”.

Xatırladaq ki, Anna Əlimərdanova qadın boksçuların yarışında 54 kiloqram çəki dərəcəsində bürünc medal qazanıb.

 





27.06.2015    çap et  çap et