525.Az

Qadın paracüdoçumuz Avropa Oyunlarının gümüş medalını qazanıb


 

Qadın paracüdoçumuz Avropa Oyunlarının gümüş medalını qazanıb <b style="color:red"></b>

Dünən Bakı-2015 Avropa Oyunlarında paracüdoçular mübarizəyə qoşulublar.

Apasport.az saytının məlumatına görə, millimizin aparıcı üzvlərindən Səbinə Abdullayeva (57 kq) 1/4 finalda Maria Merensiano (İspaniya) ilə qüvvəsini sınayıb. İdmançımız ipponla qalib gələrək, yarımfinala yüksəlib. "Neftçi İdman Klubu"un paracüdoçusu ikinci döyüşündə Nataliya Nikolayçiklə üz-üzə gəlib. Bu dəfə yuko və vaza-ari xalları ilə rəqibini üstələyən təmsilçimiz finalda da ukraynalı idmançı ilə qarşılaşacaq.
 
Abdullayeva çempionluq üçün İnna Çernyakla döyüşüb. O, ipponla uduzaraq gümüş medala yiyələnib.

 





27.06.2015    çap et  çap et