525.Az

İlham Zəkiyev Avropa Oyunlarının qalibi olub


 

İlham Zəkiyev Avropa Oyunlarının qalibi olub<b style="color:red"></b>

Dünən Bakı-2015 Avropa Oyunlarında paracüdoçular mübarizəyə qoşulublar.

Apasport.az saytının məlumatına görə, yığmamızın lideri İlham Zəkiyev (+90 kq) Avropa Oyunlarına yarımfinaldan start verib. Paralimpiya Oyunlarının qalibi, Bakı-2015-in məşəlçisi finala gedən yolda Klimis Papaçristosla  güləşib. Zəkiyev mərhələ adlamağa cəmi 27 saniyə sərf edib. "Neftçi İdman Klubu"nun üzvü ipponla qalib gələrək, finalda iştirak hüququ qazanıb. O, qızıl medal uğrunda  Aleksandr Pominovu məğlub edib.
 
Bundan əvvəl bu çəki dərəcəsində tatamiyə çıxan digər paracüdoçumuz Zakir Mislimov 3-cü yer üçün Zəkiyevin məğlub etdiyi Papaçristosu sınağa çəkib. Mislimov  döyüşünü ipponla bitirib və bürünc medal qazanıb.

 





27.06.2015    çap et  çap et