525.Az

Kim neçə medal qazanıb?


 

Kim neçə medal qazanıb?<b style="color:red"></b>

Bakı-2015 I Avropa Oyunlarının XV günündə 23 dəst medalın sahibi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması bu gün 6 dəfə mükafatçılar sırasına düşüb.
 
Yığmamızın üzvləri 3 qızıl, 3 bürünc əldə ediblər. Bununla, millimizin aktivindəki medalların sayı 52-yə çatıb. Təmsilçilərimiz arxada qalan 15 gün ərzində 18 qızıl, 14 gümüş və 20 bürünc mükafata yiyələnib. Bu nəticə ilə millimiz qeyri-rəsmi komanda hesabında 2-ci pillədəki mövqeyini qoruyur.
 
Düzdü, Almaniya daha çox – 59 dəfə idmançılarının fəxri kürsüyə qalxmasına sevinib. Lakin onlar bu nəticə ilə hətta heç ilk “üçlüy”ə də düşə bilmirlər. Çünki 16 qızıl, 8 gümüş və 16 bürünc medala yiyələnən Böyük Britaniya millisi dünən ələ keçirdiyi 3-cü pillədəki mövqeyində qalıb.
 
Siyahının aşkar lideri olan Rusiyanın hesabında 139 mükafat var. Bunların 69-u qızıl, 34-ü gümüş, 36-sı bürüncdü.
 
Rusiya, Azərbaycan və Böyük Britaniyanın ardından ilk “altılıq”da Almaniya, İtaliya və Belarus qərarlaşıb. Burda yeganə dəyişiklik İtaliyanın Belarusu qabaqlaması olub.
 
Oyunların 15-ci günü 2 ölkə üçün əlamətdar olub. Bu günə qədər qızıl medalı olmayan Gürcüstan və İsrail ilki rəsmiləşdirərək, çempionluq əldə ediblər. Bununla Avropa Oyunlarında himni səslənən ölkə sayı 28-ə çatıb.
 
Qeyd edək ki, Bakı-2015-in arxada qalan 15 günündə ümumilikdə 729 - 217 qızıl, 217 gümüş, 295 bürünc medalın sahibi müəyyənləşib. Medalçı 42 ölkədən 28-i çempionluq sevinci yaşayıb.

 





27.06.2015    çap et  çap et