525.Az

Müqəddəs Kəbəyə aid fotoşəkillər sərgilənir


 

Müqəddəs Kəbəyə aid fotoşəkillər sərgilənir<b style="color:red"></b>

Müqəddəs Kəbənin 100 il əvvəlki fotoları yayımlanıb. “Azərtac” xarici KİV-ə istinadla xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatının nəzdində İslam, Tarix, Sənət və Mədəniyyət Araşdırma Mərkəzi (IRCICA) tərəfindən Malayziyada açılan “Hərameyn” adlı sərgidə Müqəddəs Kəbənin bir əsr əvvəlki şəkilləri nümayiş olunub.

Osmanlı dövrünə aid Məkkə və Mədinə şəhərlərinin fotolarının yer aldığı sərgidə 1879-1880-ci illərdə zəvvarların həcc səfəri zamanı çəkilmiş görüntülər nümayiş olunub.

Şəkillərə baxdıqda iki günbəzi rahat görmək mümkündür. Bunlardan biri Abbas günbəzi, digəri isə Farrasun günbəzidir.

Hələ o vaxtlardan günbəzlərdə Qurani-Kərim və digər dini kitablar saxlanılıb ki, bu da zəvvarların dini mütaliəsi ilə yanaşı, şəriət baxımından daha da məlumatlanmalarına kömək edib.

Fotolar arasında Müqəddəs Kəbənin 1910-cu il yanvarın 5-də sularla əhatə olunarkən çəkilmiş görüntüsü də var.

 





27.06.2015    çap et  çap et