525.Az

“Əfsanələr Paytaxtı” Gədəbəy


 

“Əfsanələr Paytaxtı” Gədəbəy<b style="color:red"></b> Mədəniyyət Turizm NazirliyiƏfsanələr PaytaxtıGədəbəyə infotur təşkil edib

 

 

Ötən həftə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə bu ilAzərbaycanın Əfsanələr Paytaxtıelan edilən Gədəbəy rayonuna infotur gerçəkləşdi. SəfərƏfsanələr Paytaxtıilində bölgədə həyata keçirilən işlərlə tanış olmaq məqsədi daşıyırdı. İnfoturda Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev, şöbənin aparıcı məsləhətçisi Rəşad Əliyev nazirliyin mətbuat katibi Zöhrə Əliyeva KİV nümayəndələri iştirak edirdilər.

 

İnfoturun ilk günü media nümayəndələri Gədəbəy Rayon Mədəniyyət EvindəƏfsanələr Paytaxtıilinin yekun tədbirində iştirak etdilər. Tədbiri Mədəniyyət Turizm Şöbəsinin müdiri Fazilə Məmmədova açaraq, Gədəbəy rayonununƏfsanələr Paytaxtıseçilməsinin rayonun mədəni həyatında sözün əsl mənasında əhəmiyyətli bir dəyişikliyə səbəb olduğunu, bir il  ərzində Gədəbəydə çoxsaylı tədbirlərin təşkil edildiyini, rayona gələn  turistlərə bölgənin tarixi, mədəniyyəti turizm potensialı haqqında məlumat verildiyini vurğuladı.  Zəngin tarixə malik Gədəbəyin hər qarışında bir abidəyə rastlandığını diqqətə çatdıran Fazilə Məmmədova rayonun, həm təbiət, həm abidələrinin özlüyündə bir əfsanə olduğunu dedi: “Mədəniyyət Turizm Nazirliyinin “2010-2014- illər üçün Xalq Yaradıcılığı Paytaxtlarıproqramına rayonumuza məhzƏfsanələr Paytaxtınominasiyasının verilməsi biz gədəbəyliləri olduqca məmnun etdi. Keçirdiyimiz çoxsaylı tədbirlərə əsasən deyə bilərəm ki, bu il Gədəbəy tarix, ədəniyyət turizm potensialının tanıdılması baxımından çox əhəmiyyətli il oldu. Buna görə biz  gədəbəylilər rayonumuza göstərilən bu diqqətə görə mədəniyyət turizm naziri Əbülfəs Qarayev başda olmaqla, nazirliyin bütün əməkdaşlarına, jurnalistlərə öz minnətdarlığımızı bildiririk”. 

 

Rayon İcra Hakimiyyəti başçısının müavini Qüdrət Paşayev Gədəbəyin, həm sənaye kənd təsərrüfatı, həm turizm sahəsində ölkənin mühüm regionlarından biri olduğunu bildirdi: “Gədəbəy Azərbaycanın ən qədim insan yaşayış məskənlərindən biridir. Rayon ərazisində 106-dan çox tarixi abidə var. Onların əksəriyyəti qorunan abidələr siyahısındadır, bu sırada dünya əhəmiyyətli abidələr var. XIX əsrin ortalarında Gədəbəy rayonu ərazisində mis filizi yataqları kəşf edilib, 1855-1856- illərdə yerli sahibkarlar tərəfindən misəritmə zavodu tikilib istifadəyə verilib. Daha sonra həmin zavod AlmaniyanınSiemensşirkəti tərəfindən alınaraq, 1865-ci ildə yenidən qurulub.  Rayounmuz həmçinin mineral suları ilə məhşurdur. Bütün bunlar Gədəbəy torpaqlarımım təbii sərvətlərlə zənginliyindən  xəbər verir”. Son illər Gədəbəydə böyük quruculuq işlərinin görüldüyünü qeyd edən Q.Paşayev turizmin inkişafı üçün rayonda əlverişli infrastruktur yaradıldığını, yolların bərpasına xüsusi diqqət göstərildiyini, bundan başqa 10 il ərzində rayonda 70 orta məktəb binası, bir neçə xəstəxananın tikilib istifadə verildiyini,  Slavyanka, Saratovka başqa kəndlərdəki məktəb binalarının təmiri yeni məktəb binalarının inşasının həyata keçirlidiyini, rayon mərkəzində yeni bazar tikildiyini KİV nümayəndələrinin diqqətinə çatdırdı. Qeyd edək ki,  hazırda Gədəbəydə  109 kitabxana rayon  mərkəzində böyük musiqi məktəbi fəaliyyət göstərir. 

 

Mədəniyyət Turizm Nazirliyi Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev “2010-2014- illər üçün Xalq Yaradıcılığı Paytaxtlarıproqramının  üçüncü ilinə yekun vurulduğunu bu layihənin paytaxtın turistlərin diqqətini bölgələrə cəlb etməsi baxımından əhəmiyyətli olduğunu önə çəkdi: “2010-cu ildə Qazax, Gəncə, Şəki, 2011-ci ildə Lənkəran, İsmayıllı, Şabran bu layihədə iştirak edib. Bu il isə Quba, Masallı Gədəbəy sənətkarlıq, əfsanələr folklor paytaxtları elan olunub. Gədəbəy bu sırada xüsusi yer tutur. Paytaxtdan uzaqda yerləşməsinə başxmayaraq, Gədəbəy respublikamızın ən prespektivli rayonlarından biridir. Son illər burda baş verən müsbət dəyişikliklər, aparılan tikinti quruculuq işləri onu deməyə əsas verir ki, Gədəbəydə güclü turizm infrastrukturu yaradılıb. GədəbəyƏfsanələr Paytaxtıkimi bu il çox fəallıq nümayiş etdirib, rayonda bir sıra önəmli tədbirlər keçirilib. Ümid edirəm ki, Gədəbəy gələcəkdə nazirliyin layihələrində yaxından iştirak edəcək”.

 

Çıxışlardan sonra tədbir rayon Mədəniyyət Evinin hazırladığı konsert proqramı ilə davam etdirildi. Aşıq Sayad Pənahovun rəhbərliyi ilə Aşıqlar Ansamblının gənc aşıq Pərvizin ifası xüsusilə zövq oxşadı. Konsert proqramının ardınca Mədəniyyət Evinin foyesində açılmış Gədəbəy rayonunun tarixi abidələrini, təbii mənzərələrini, ümumilikdə mədəniyyətini əks etdirən fotosərgiyə baxış keçirildi. Fotolarda əks olunmuş yaşı yüz illəri ötümüş tarixi abidələr bu diyarın çox qədim əfsanəvi diyar olduğunu bir daha təsdiq edirdi.  Mədəniyyət Evinin nəzdnində yaradılanMiskin Abdalədəbi məclisi, “Bələdçi turizm klubu”, “Siemens Muzeyi” , “Örnək bilgi mərkəziilə tanışlıq oldu. Gədəbəydə yeni inşa olunan Aşıq Musiqisi Kollecinin müasir üslubda tikilmiş,160 nəfər şagird üçün nəzərdə tutulan binasında, demək olar ki, tamamlanma işləri görülür buranın yaxın günlərdə istifadəyə veriləcəyi bildirildi. 

 

Səfərin ikinci günü əfsanələşmiş abidələrlə tanışlıq gerçəkləşdi. Rayon ərazisində tunc dövrünün sonuna aid siklopik tikililər, Böyükqala qalası, Qalakənd qalası (XVI əsr), Qız qalası(IX əsr), XIX əsrdə tikilmiş tağlı körpü, son tunc-ilk dəmir dövrünə aid olan Qarabağ qalası, Pir qalası, Koroğlu qalası, Parakənd qalası var. Düzyurd kəndi ərazisində yerləşənSiemenskörpüsü xüsusilə maraqlı abidələrdəndi.  XIX əsrdə inşa edilən körpü iki dağı birləşdirir bu körpüdən Siemens qardaşları xammal yanacaq daşımaq üçün istifadə ediblər. Səfər çərçivəsində qonaqlar ümummilli lider Heydər Əliyevin Gədəbəydə təşkil edilən anım tədbirinə qatıldılar. Mərasimdən sonra rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun rəhbərliyilə təşkil edilən, ulu öndərin vəfatının 9-cu ildönümü ilə bağlı toplantı keçirildi.

 

Günel MUSA
 





18.12.2012    çap et  çap et