525.Az

Avropa Oyunlarının bayrağı Azad Rəhimovdan təhvil alındı


 

Avropa Oyunlarının bayrağı Azad Rəhimovdan təhvil alındı<b style="color:red"></b>

Avropa Olimpiya Komitəsinin (EOC) prezidenti Patrik Hikki bu gün ilk Avropa Oyunlarının son günündə keçirilən tədbirdə Avropa Oyunlarının bayrağını Azərbaycanın gənclər və idman naziri və "Bakı-2015"in baş icraçı direktoru Azad Rəhimovdan təhvil alıb.

525.az-ın Trend-ə istinadən yaydığı xəbərə görə, bu barədə "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsindən məlumat verilib.

Tədbirdən sonra çıxış edən P.Hikki deyib: “30 aydan bir qədər çox müddətdə Bakı Avropa Oyunlarının himayədarı olub. Bu gün EOC Oyunları daha güclü və bizim bu mərhələdə təsəvvür edə biləcəyimizdən daha böyük potensialla geriyə təhvil alır. "Bakı-2015"in verdiyi ən böyük tohfələrdən biri bundan sonra keçiriləcək bütün Avropa Oyunlarının gələcəyinin təməlini qoyması oldu. Bu möhtəşəm uğurun ilkin mərhələsindən sonra bu yarışların gələcəyi təmin olunub".

Mərasimdə çıxış edən nazir A.Rəhimov bildirib: "Cənab prezident, mən sizə xüsusi bir təqdimat qutusunda Avropa Oyunlarının bayrağını təqdim edirəm. Onun içərisində növbəti Avropa Oyunlarına ev sahibliyi edəcək şəhərin xatirə nişanı, habelə Avropa Oyunlarının növbəti 100 ili üçün kifayət qədər rəmzi səciyyə daşıyan nişanlar var".

Mərasimdə EOC-un İcraiyyə Komitəsi, EOC "Bakı-2015" Avropa Oyunları Əlaqələndirmə Komissiyasının üzvləri və "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin direktorları, o cümlədən, Oyunların uğurlu olmasında böyük rol oynamış 12 500 alovqoruyan könüllünün təmsilçiləri iştirak ediblər.

 





29.06.2015    çap et  çap et