525.Az

"Bakı-2015"in bağlanış mərasiminin şou hissəsi keçirildi


 

"Bakı-2015"in bağlanış mərasiminin şou hissəsi keçirildi<b style="color:red"></b>

Bakı Olimpiya Stadionunda "Bakı-2015" I Avropa Oyunlarının bağlanış mərasiminin şou hissəsi keçirilib.

525.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bağlanış mərasiminin aparıcıları Murad Dadaşov və Hüsniyyə Məhərrəmovadır.
 
M. Dadaşov mərasimin dünyanın ən böyük şouları sırasına daxil olacağını vurğulayıb.
 
Sonra rəqs qrupu səhnədə “Yallı” rəqsini ifa edib.

Mahnı sədaları altında yeniyetmə idmançılar öz məharətlərini göstəriblər, rəqslər ifa olunub.
 
Müğənni Tünzalə Ağayeva səhnədə yer alıb, sonra M. Dadaşovun təklifi ilə stadionda “Meksika dalğası” yaşanıb.
 
Bununla da mərasimin şou-hissəsi başa çatıb.

 





29.06.2015    çap et  çap et