525.Az

Donetskdə azərbaycanlı iş adamı avtomobildə minaya düşüb


 

Donetskdə azərbaycanlı iş adamı avtomobildə minaya düşüb<b style="color:red"></b>

Ukraynanın Donetsk vilayətində yaşayan azərbaycanlı iş adamı tərəvəzlə yüklü iki avtomobili ilə Rusiyaya keçərkən minaya düşüb.

Donetsk vilayəti azərbaycanlıları Konqresindən APA-ya verilən məlumata görə, nəticədə biznesmen və avtomobillərin sürücüləri (yerli sakinlər) ağır yaralanıblar.
 
Məlum olub ki, iş adamı əslən Gürcüstandan olan, 56 yaşlı Ukrayna vətəndaşı Səlmidar Quliyevdir.
 
Pomidor və xiyarla yüklü maşınlar iyunun 26-da Ukraynanın Donetsk vilayətinin Rusiya sərhədinə yaxın ərazidə minaya düşüb. Hər iki ayağından ağır yaralanan iş adamı hazırda Donetsk vilayətinin Ukraynanın nəzarətində olan hissəsində xəstəxanaların birinə yerləşdirilib. Onun vəziyyəti orta ağır kimi qiymətləndirilir.
 
Konqresdən bildirilib ki, son vaxtlar Ukraynadan ticarət məqsədi ilə Rusiya istiqamətində hərəkət edən yük maşınlarının minaya düşməsi halları artıb.

 





29.06.2015    çap et  çap et