525.Az

La Liqa "DÇ-2022"yə qarşı çıxdı


 

La Liqa "DÇ-2022"yə qarşı çıxdı<b style="color:red"></b>

İspaniya Peşəkar Futbol Liqası (LFP)  2022-ci ildə Qətərdə keçiriləcək  dünya çempionatının vaxtının dəyişdirilməsi üçün  FİFA arbitraj məhkəməsinə (CAS) müraciət edib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə LFP-nin prezidenti Xavyer Tebas məlumat verib.  O bildirib ki, mundialın noyabr-dekabr tarixlərində oynanılması İspaniya La Liqasına 65 milyon avro zərər vuracaq.

LFP-nin prezidenti Xavyer Tebas digər böyük liqaların - İngiltərə Premyer Liqası, Almaniya bundesliqası və İtaliya A seriyasının da onlara dəstək verdiyini söyləyib:

“Digər ölkə liqaları da bizə dəstək verirlər, ancaq onlar bununla bağlı müraciət etmək istəmədilər. Çünki FİFA-dan qorxurlar.  Heç kim hüquqlarını müdafiə etmək üçün şikayət etməkdən qorxmamalıdır”.

Qeyd edək ki, FİFA "DÇ-2022"nin 20 noyabr - 18 dekabr tarixlərində keçiriləcəyini açıqlayıb.

 





29.06.2015    çap et  çap et