525.Az

"Qarabağ" Rumıniya nəhəngi ilə qarşılaşacaq


 

"Qarabağ" Rumıniya nəhəngi ilə qarşılaşacaq<b style="color:red"></b>

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ"ın yoxlama görüşü keçirəcəyi növbəti rəqibi müəyyənləşib.

Qol.Az-ın klubun saytına istinadən verdiyi məlumata görə, Ağdam təmsilçisi ikinci yoxlama görüşünü Rumıniya nəhəngi "Styaua"ya qarşı keçirəcək. Qarşılaşma iyulun 3-ü Avstriya vaxtı ilə saat 17:30-da (Bakı vaxtı ilə saat 20:30-da) başlayacaq

Qeyd edək ki, “Qarabağ” ilk yoxlama oyununda iyunun 30-u Avstriyanın "SV Horn" klubu ilə üz-üzə gələcək. Qurban Qurbanovun komandası digər yoxlama görüşünü isə iyulun 7-də Rusiyanın "Lokomotiv" (Moskva) klubuna qarşı keçirəcək.

 





29.06.2015    çap et  çap et