525.Az

“iPad” planşetləri “Viber” messencerini dəstəkləməyə başlayıb


 

“iPad” planşetləri “Viber” messencerini dəstəkləməyə başlayıb<b style="color:red"></b> Dünyanın ən populyar messencerlərindən biri “Viber” yenilənərək “iPad” planşetlərini tam dəstəkləməyə başlayıb.
 
525.az-ın RYTN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, “Windows”, “OS X”, “Android”, “Windows Phone”, “BlackBerry” və “Symbian” əməliyyat sistemlərinin istifadəçiləri uzun müddətdir messencerin istənilən əlavəsindən istifadə etməklə dünya üzrə pulsuz zənglər etsələr də, “iPad” sahibləri bu imkandan yararlanmaqdan kənarda qalmışdı.
 
Messencerin “App Store” əlavələr mağazasında yerləşdirilməsindən beş il ötüb və yenilənmə sayəsində "Viber”in bütün funksiyalarından “iPad” planşetlərində tam istifadə mümkün olub.
 
"Viber”in son versiyasını https://itunes.apple.com/ru/app/viber/id382617920?mt=8 linkindən yükləmək olar, - "AppleInsider” yazır. 
 





30.06.2015    çap et  çap et