525.Az

Türkiyə XİN narahatdır


 

Türkiyə XİN narahatdır<b style="color:red"></b>

Türkiyə Xarici İşlər Nazirliyi Çinin Sincan (Sintszyan) Uyğur Muxtar Bölgəsində uyğur türklərinə qarşı təzyiqlərlə bağlı bəyanatla çıxış edib.

APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, bəyanatda deyilir ki, Türkiyə ictimaiyyəti uyğur türklərinin oruc tutması və digər ibadətlərini yerinə yetirməsinin qadağan olunması ilə bağlı xəbərləri üzüntü ilə qarşılayıb:

“Ərazi bütövlüyünə, sabitliyinə və təhlükəsizliyinə önəm verdiyimiz Çin Xalq Cümhuriyyətindən gələn məlum xəbərlərdən duyduğumuz dərin narahatlıq Çinin Ankaradakı səfirliyinə də çatdırılıb”.

 





30.06.2015    çap et  çap et