525.Az

Odessada restoranda partlayış törədilib


 

Odessada restoranda partlayış törədilib<b style="color:red"></b> Odessada restoranda partlayış baş verib.
 
APA-nın yerli mətbuata istinadən verdiyi məlumata görə, nəticədə qonşuluqda yerləşən kafenin və mənzillərin pəncərələri sınıb.
 
Ukrayna Daxili İşlər Nazirliyindən bildiriblər ki, partlayış əldəqayırma partlayıcı qurğunun işə salınması nəticəsində baş verib.
 
Faktla bağlı “Terror aktı” maddəsi ilə cinayət işi açılıb.
 





02.07.2015    çap et  çap et