525.Az

İrəvan polisi etirazçıları dağılışmağa çağırıb


 

İrəvan polisi etirazçıları dağılışmağa çağırıb<b style="color:red"></b>

“Polis aksiyanın təşkilatçı və iştirakçılarını sağlam düşüncə, konstitusiyaya və ölkənin qanunlarına, digər şəxslərin hüquq və qanuni maraqlarına hörmət  nümayiş etdirərək könüllü şəkildə Baqramyan prospektinin 10 gündür davam edən blokadasına son qoymağa çağırır”.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə polisin bəyanatında bildirilir.
 
Polis pozulmuş ictimai asayişin güc tətbiq etmədən xoş niyyət və qarşılıqlı anlaşma nümayiş etdirməklə bərpa olunacağına ümidvar olduğunu bildirib.  
 
Polis həmçinin  aksiyanın təşkilatçı və iştirakçılarını gələcəkdə ictimai tədbirləri Ermənistanın “Toplaşmaq azadlığı haqqında” qanununun tələblərinə əməl olunmaqla keçirməyə çağırıb.

 





02.07.2015    çap et  çap et