525.Az

Arda Turan rəsmən “Barselona”da


 

Arda Turan rəsmən “Barselona”da <b style="color:red"></b>

İspaniyanın “Barselona” klubu Madrid “Atletiko”sunun türkiyəli ulduzu Arda Turanı transfer etdiyini rəsmən açıqlayıb.

APA-nın xəbərinə görə, klublar transferin şərtlərini razılaşdırıblar.
 
“Barselona” bu transfer üçün “Atletiko”ya 34 milyon avro ödəyəcək.
 
Yaxın günlərdə futbolçu tibbi müayinədən keçərək, yeni klubla müqavilə imzalamalıdır. Arda Turanın illik qazancının 7 milyon avro olacağı bildirilir.
 
2011-ci ildən “Atletiko”-da oynayan A.Turan Madrid klubunda  İspaniya çempionu, həmçinin, İspaniya Kuboku, İspaniya Superkuboku, Avropa Liqası və UEFA Superkubokunun qalibi olub.

 





07.07.2015    çap et  çap et