525.Az

WhatsApp-da yeniliklər


 

WhatsApp-da yeniliklər<b style="color:red"></b>

WhatsApp-ın Beta v2.12.5.16 versiyası bir çox yeniliklərlə diqqət çəkir. Yeniliklərdən biri budur ki, hər kəsə ayrı bildiriş səsi seçə bilərsiniz. Beləliklə, sizə kimdən mesaj gəldiyi elə bildiriş səsindən bəlli olacaq.

525.az virtualaz.org-a istinadən xəbər verir ki, hər kəslə yazışmanızda fərqli arxa fon seçmək də yeni özəlliklə mümkündür.

Digər bir yeniliksə budur ki, tək toxunuşla bütün mesajları oxunmuş kimi işarələmək olacaq. Sürətli cavab funksiyası ilə Whatsapp-ı açmadan mesajlara cavab yaza bilərsiniz.

WhatsApp-da qruplarda yazışanlara "mute" - səssiz özəlliyi yaxşı bəllidir. Artıq şəxsi yazışmalarda da bu funksiyadan yararlanmaq olacaq.

Yeni versiyada həm də foto göndərərkən onu redaktə edə biləcəksiniz.

Yeniliklərin gələcəkdə digər platformalı cihazlarda da aktivləşəcəyi gözlənilir.

 





07.07.2015    çap et  çap et