525.Az

"Qarabağ" "Lokomotiv"lə bərabərə qaldı


 

"Qarabağ" "Lokomotiv"lə bərabərə qaldı<b style="color:red"></b>

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" klubu bu gün son yoxlama matçına çıxıb.

Qol.Az-ın məlumatına görə, Ağdam təmsilçisi  Moskva "Lokomotiv"i ilə qarşılaşıb. Oyun 2:2 hesabı ilə başa çatıb.

Qeyd edək ki, ilk yoxlama görüşündə "Horn"a (Avstriya) 3:4 hesabı ilə uduzan "Qarabağ" daha sonra "Styaua"ya (Rumıniya) da məğlub olub - 2:3. 
 
7 iyul

Yoxlama oyunu

21:15. "Qarabağ" (Azərbaycan) - "Lokomotiv" (Moskva, Rusiya) - 2:2
Qollar: Kasaev, 36 (0:1), Reynaldo, 45+1 (1:1), Tarasov, 74 (1:2), Cavid Tağıyev, 78 (2:2)

 





08.07.2015    çap et  çap et