525.Az

ABŞ-da iki təyyarə toqquşub


 

ABŞ-da iki təyyarə toqquşub<b style="color:red"></b> Hərbi-Hava Qüvvələrinə məxsus “F-16” tipli qırıcı təyyarəsi Cənubi Karolina ştatında “Cessna” kiçik mühərrikli təyyarə ilə toqquşub.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident şahidlərinin sözlərinə əsasən, toqquşma partlayışla nəticələnib.
 
İlkin məlumata görə, qırıcı təyyarənin pilotu katapult edə bilib.  “Cessna”-nın ekipajı barədə hələlik məlumat yoxdur.  Hadisə yerinə polis və həkim briqadaları cəlb olunub.  
 





08.07.2015    çap et  çap et