525.Az

Latviyanın Azərbaycandakı səfirliyinin əməkdaşları Milli Kitabxanada


 

Latviyanın Azərbaycandakı səfirliyinin əməkdaşları Milli Kitabxanada<b style="color:red"></b>

Ötən gün Latviyanın Azərbaycandakı səfirliyinin əməkdaşları M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında olublar.

Milli Kitabxanadan bildirilib ki, Latviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili, xanım İeva Majore kitabxananın direktoru, professor Kərim Tahirovla görüşüb. Görüşdə bu sahədə ikitərəfli əməkdaşlığın inkişafı üçün əlaqələrin genişləndirilməsinin vacibliyindən bəhs olunub.

Xanım İ.Majore Azərbaycan Milli Kitabxanasında proseslərin avtomatlaşdırılması, sənədlərin rəqəmsallaşdırılması və kütləvi tədbirlərlə maraqlanıb.

K.Tahirov qonağa ədəbiyyat, incəsənət və mili mətbəx nümunələrimizdən bəhs edən kitablar təqdim edib.

Daha sonra İ.Majore Latviya Milli Kitabxanasının "Xarici kitabxanalara kitab göndərilməsi" layihəsi çərçivəsində Azərbaycan Milli Kitabxanasına Latviyanın tarixi, onun siyasəti və mədəniyyəti haqqında ingilis dilində olan 18 kitab hədiyyə edib. Bundan əlavə, Latviya filmlərindən ibarət DVD disklər də kitabxanaya təqdim olunub.

S.ABDULLAYEVA

 

 





08.07.2015    çap et  çap et