525.Az

Orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi başlayıb


 

Orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi başlayıb<b style="color:red"></b> Ümumi (9-illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd təqdim etmiş və müsabiqə şərtlərini ödəmiş abituriyentlər üçün ixtisas seçimi başlayıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, həmin abituriyentlər 21 iyul saat 23.59-a kimi TQDK-nın internet saytında https://eservices.tqdk.gov.az/erizetex/ixtisas1/?frm=egov1 linkinə daxil olaraq ixtisas seçimi etməli və ixtisas seçimi ərizələrini təsdiq etməlidirlər.
 
İxtisas seçimi haqqında ətraflı məlumat, qəbul aparılan ixtisaslar və plan yerləri 3 saylı "Abituriyent" jurnalında təqdim olunub.
 
Qeyd edək ki, ümumi (9-illik) orta təhsil bazasında kolleclərin ixtisas seçimində ümumi balı 16-dan və hər bir fənn üzrə minimal balı 8-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.
 





08.07.2015    çap et  çap et