525.Az

"Xəzər Lənkəran"ın oyunu təxirə salındı


 

"Xəzər Lənkəran"ın oyunu təxirə salındı<b style="color:red"></b>

Türkiyənin Kapadokya bölgəsində təlim məşq toplanışında olan “Xəzər Lənkəran” bu gün ilk yoxlama oyununu keçirməli idi.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Lənkəran təmsilçisinin Türkiyənin “Kayseri Ərciyəsspor” klubunun A2 komandası ilə görüşü baş tutmayacaq.

Türkiyə klubunun xahişinə əsasən bu qarşılaşma qeyri-müəyyən vaxta təxirə salınıb. Səbəb isə Kayseri təmsilçisinin heyətində bir neçə futbolçunun zədələnməsidir.

Qeyd edək ki, "Xəzər Lənkəran"ın növbəti yoxlama görüşü iyulun 11-nə nəzərdə tutulub. Rəqibin kimliyi hələlik müəyyənləşməyib.

 





08.07.2015    çap et  çap et