"Barselona"nın yeni transferi Arda Turan yanvar ayına kimi icarə əsasında "Qalatasaray"da oynayacağı iddialarına münasibət bildirib.
Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, türk yarımmüdafiəçi bu xəbərləri təkzib edib:
"Yanvar ayına qədər heç bir klubda oynamağı düşünmürəm. Sonra da illərdir şərəfini qorumağı arzuladığım "Barselona"da çıxış edəcəm".
Qeyd edək ki, A.Turan Kataloniya klubu ilə 5 illik müqavilə imzalayıb. "Barselona"ya verilən transfer cəzası səbəbindən o, yanvara kimi yeni komandası ilə matçlarda iştirak edə bilməyəcək.
çap et