525.Az

“Microsoft” 7,8 minədək iş yerini ixtisar edəcək


 

“Microsoft” 7,8 minədək iş yerini ixtisar edəcək<b style="color:red"></b> ABŞ-ın “Microsoft” korporasiyası telefon avadanlığı istehsalı üzrə bölmədə struktur dəyişiklikləri aparmağı planlaşdırır. Korporasiya 7,8 minədək iş yeri ixtisar etməklə 7,6 milyard dollarlıq itkiləri kompensasiya edəcək.

525.az-ın RYTN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu barədə korporasiyanın pres-relizində deyilir.
 
Bundan başqa, “Microsoft” strukturun yenidən qurulmasına 750-850 milyon dollar sərf edəcək.
 
Ötən il korporasiya 18 min əməkdaşın işdən azad ediləcəyini bəyan edib. 2015-ci ilin martına olan vəziyyətə görə, korporasiyada 120 minə yaxın əməkdaş çalışıb.
 
“Microsoft” rəhbərləri xərclərin optimallaşdırılacağı barədə bir neçə dəfə bəyanatla çıxış ediblər. Belə ki, korporasiya rəhbəri Satya Nadella iyunda əməkdaşlara müraciət ünvanlayaraq korporasiyanın işlərin qənaətbəxş olmadığı bir sıra sahələrdə çətin seçim etməli olacağını və qiymətli kağızların səhmdarlar üçün dəyərinin artırılması məqsədilə bir çox problemləri həll etmək məcburiyyəti ilə qarşılaşacağını bildirib.
 
“Microsoft”un səhmləri 2015-ci ilin əvvəlində 4,6 faiz ucuzlaşıb, - “Interfax” yazır. 
 





09.07.2015    çap et  çap et