525.Az

"MasterCard” komissiyaları süni şəkildə artırır


 

"MasterCard” komissiyaları süni şəkildə artırır<b style="color:red"></b>

Beynəlxalq ödəniş sistemi olan “MasteCard” heç bir səbəb olmadan kart sahiblərindən yüksək komissiya tutur.

"APA-Economics" BBC-yə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının rəqabət məsələləri üzrə komissarı Marqaret Vestager bildirib.
 
"Alıcılar "MasterCard"ın kartlarından hər gün, qida, geyim və ya onlayn ticarət edərkən istifadə edirlər. Hal-hazırda biz "MasterCard”ın süni şəkildə komissiya artımına əl atmasından şübhələnirik. Bu isə Avropa İttifaqı daxilində olan alıcılara zərər vurur”, - deyə M. Vestaqer bildirib.
 
Qeyd edək ki, Avropa Komissiyası hazırda "MasterCard" barəsində antiinhisar araşdırması aparır.

 





09.07.2015    çap et  çap et