525.Az

"Xahiş etsələr də, prezident olmayacam"


 

"Xahiş etsələr də, prezident olmayacam"<b style="color:red"></b>

FİFA prezidentliyindən istefa verən Yozef Blatter yenidən maraqlı fikirləri ilə diqqət çəkib.

Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, Blatter xahiş olunacağı təqdirdə belə, prezident vəzifəsində qalmayacağını bildirib:

"FİFA prezidenti vəzifəsində qalmayacam. Hətta, FİFA-nın konqresi xahiş etsə belə, gedəcəm".

Qeyd edək ki, Blatter mayın 29-da keçirikən seçkilərdə FİFA prezidenti seçilsə də, 4 gün sonra hər kəs tərəfindən dəstəklənməməsini əsas gətirərək istefa verib.

İyulun 20-də isə Sürixdə FİFA-nın yeni prezidentinin seçilməsi tarixini müəyyən etmək üçün qurumun İcraiyyə Komitəsinin növbədənkənar toplantısı keçiriləcək.

 

 





09.07.2015    çap et  çap et