525.Az

“İnter” ardıcıl dördüncü dəfə növbəti mərhələdə


 

“İnter” ardıcıl dördüncü dəfə növbəti mərhələdə<b style="color:red"></b>

Dünən Avropa Liqasında ilk təsnifat mərhələsinin cavab oyunları keçirilib.

Qol.Az-ın məlumatına görə, Bakının “İnter” klubu da növbəti oyununa çıxıb.

Təmsilçimiz öz meydanında Albaniyanın “Laçi” klubunu qəbul edib.

Səfərdə keçirilən ilk görüşdə rəqibi ilə bərabərə qalan (1:1) komandamızın mərhələ adlamaq şansı daha çox idi. Cavab oyununda qol vurulmasa da, "İnter" ilk matçda fərqləndiyi üçün ikinci mərhələyə yüksəlib.

Qeyd edək ki, "İnter" ardıcıl dördüncü dəfə Avropa Liqasında birinci təsnifat mərhələsini uğurla adlayıb. Zaur Svanadzenin komandası bu mərhələdə SJK (Finlandiya) - "Hafnarfyordur" (İslandiya) cütünün qalibi ilə qarşılaşacaq.

 





10.07.2015    çap et  çap et