Avropa Liqasının birinci təsnifat mərhələsində evdə "Dinamo"nu qəbul edən "Qəbələ"nin azarkeşləri qonaqların Tiflisdəki hərəkətlərinə cavab verib.
Qol.Az-ın məlumatına görə, Qəbələ şəhər stadionunda bir qrup azarkeşin açdığı pankartlar diqqətdən yayınmayıb.
Pankartların üzərində "Borçalı Azərbaycanındır", "Sarvan, no Marneuli" (Marneuli yox, Sarvan) sözləri qeyd olunub.
Polislərin müdaxiləsindən sonra həmin pankartlar dərhal yığışdırılıb və onu açan azarkeşlər stadiodan kənarlaşdırılıb.
çap et