525.Az

Türkiyədə "1 saat kitab oxuyana 1 saat velosiped turu pulsuz" kampaniyası


 

Türkiyədə "1 saat kitab oxuyana 1 saat velosiped turu pulsuz" kampaniyası<b style="color:red"></b>

Türkiyədəki Tunceli vilayətinin Ovacıq bələdiyyəsinin sədri Fateh Maçoğlu uşaqların kitaba marağını artırmaq üçün maraqlı üsula əl atıb.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bələdiyyə sədri uşaqlarda mütaliə alışqanlığı yaratmaq üçün "1 saat kitab oxuyana 1 saat velosiped turu pulsuz" kampaniyasına start verib.

Mərsin Dağçılıq Klubu tərəfindən Ovacıq Bələdiyyəsinə hədiyyə edilən 15 velosiped bu məqsədlə uşaqların ixtiyarına verilib. İlk gün 14 uşaq kampaniyadan yararlanıb.

Sədr qeyd edib ki, uşaqların kampaniyaya marağı getdikcə artır.

Cavid QƏDİR

 





10.07.2015    çap et  çap et