525.Az

FHN məlumat yaydı


 

FHN məlumat yaydı<b style="color:red"></b>

Fövqəladə Hallar Nazirliyi (FHN) Tovuz rayonunun Qovlar qəsəbəsində baş verən yol qəzası barədə məlumat yayıb.

525.az-ın FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, qəsəbə ərazisində “Mercedes” markalı minik avtomobili, “Daewoo” markalı sərnişin avtobusu ilə toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib.

Nəticədə “Mercedes” markalı minik avtomobili ağır deformasiyaya uğrayıb. Qəza nəticəsində “Mercedes” markalı avtomobilin sürücüsü 1982-ci il təvəllüdlü Məmmədov Nadir Məmməd oğlu və avtomobildə olan 1 nəfər sərnişin aldıqları bədən xəsarətləri ilə hadisə yerində vəfat ediblər.
 
Avtomobildə sıxılmış vəziyyətdə qalmış cəsədlər yanğınsöndürən-xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Əməliyyat saat 09:35-də başa çatıb.

 





10.07.2015    çap et  çap et