Arda Turanın "Barselona"ya keçidi rəsmiləşib.
Qol.Az-ın klubun "Facebook" səhifəsinə istinadən yaydığı xəbərə görə, "Nou Kamp"da təşkil olunan təqdimetmə mərasimində türk yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. O, yeni klubun 6 nömrəli forma (Xavinin keçmiş forması) geyinəcək.
Qeyd edək ki, A.Turan ötən mövsüm "Atletiko"da çıxış edib. O, "Barselona"ya verilən transfer cəzası səbəbindən yanvara kimi oynaya bilməyəcək.
çap et