525.Az

"Oskar"lı aktyor vəfat etdi


 

"Oskar"lı aktyor vəfat etdi<b style="color:red"></b> Məşhur Hollivud aktyoru Ömər Şərif 83 yaşında vəfat edib.
 
APA-nın məlumatına görə, bu barədə “Əl-Ərəbiya” telekanalı məlumat yayıb.
 
Dünya şöhrətli aktyor son illər Alzeymer xəstəliyindən əziyyət çəkirdi.
 
Ömər Şərif  (Mişel Demitri Şəlhub) 1932-ci il aprelin 10-da Misirdə doğulub. 1954-cü ildə kino karyerasına başlayıb, 1962 -ci ildə "Oskar" mükafatının sahibi olub. 2002-ci ildə Misirə qayıdıb. “Ərəbistanlı Lourens” (1962), “Doktor Jivaqo” (1965),“Gülməli qızcığaz” (1968) və digər filmlərin ulduzu sonuncu dəfə 2013-cü ildə kinoya çəkilib.
 
2015-ci ildə aktyorun prodüseri onun Alzeymer xəstəliyindən əziyyət çəkdiyini bildirib.
 





11.07.2015    çap et  çap et