525.Az

İspaniyada aviadispetçerlər tətilə başlayıb


 

İspaniyada aviadispetçerlər tətilə başlayıb<b style="color:red"></b> İspaniyada aviadispetçerlər iyulun 11-dən tətilə başladıqlarını bəyan ediblər.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, turizm mövsümünün qızğın çağında aviadispetçerlər dörd gün ərzində işlərini dayandıracaqlar.
 
Tətilin ümumilikdə dörd gün davam edəcəyi nəzərdə tutulub (11-12 iyul və 25-26 iyul).
 
Aviadispetçerlər vəzifəsindən azad olunmuş həmkarlarının işə bərpa edilməsi və 2010-cu ildəki tətildə iştiraka görə kəsilmiş 61 cərimənin ləğv olunmasını tələb edirlər.
 





11.07.2015    çap et  çap et