"Qəbələ"nin Avropa Liqasının ikinci təsnifat mərhələsində "Çukariçki"yə (Serbiya) qarşı keçirəcəyi cavab matçının başlama vaxtı müəyyənləşib.
Qol.Az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, Azərbaycanda keçiriləcək oyun iyulun 23-ü, saat 21:00-da başlayacaq.
Hələlik qarşılaşmanın hansı stadionda oynanılacağı dəqiqləşməyib.
Qeyd edək ki, bu komandalar arasında ilk görüş iyulun 16-ı, Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.
çap et