525.Az

Prezident ABŞ Dövlət Departamentinin xüsusi elçisini qəbul edib


 

Prezident ABŞ Dövlət Departamentinin xüsusi elçisini qəbul edib<b style="color:red"></b>

Prezident İlham Əliyev ABŞ Dövlət Departamentinin Beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstaynın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, Azərbaycanın birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil etməsinin və Oyunlar zamanı gözəl əhval-ruhiyyənin mövcud olmasının önəmini qeyd edən A. Hokstayn bunun həm ölkəmiz, həm də dünya üçün əhəmiyyətli hadisə olduğunu deyib.
 
Görüşdə Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə inkişafının hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, ölkələrimizin enerji sahəsində əməkdaşlığından məmnunluq ifadə olunub və bu əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb.

 





11.07.2015    çap et  çap et