525.Az

İbrahimoviç PSJ-dən gedəcəkmi?


 

İbrahimoviç PSJ-dən gedəcəkmi?<b style="color:red"></b>

PSJ-nin baş məşqçisi Loran Blan Zlatan İbrahimoviçin komandadan ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qol.Az-ın "Le Parisien"ə istinadən verdiyi məlumata görə, təcrübəli mütəxəssis isveçli forvardın komandada qalacağını deyib:

"İbrahimoviçin komandadan gedəcəyi ilə bağlı yayılan xəbərlərə əhəmiyyət vermirəm. Çünki belə ehtimal yoxdur. Vəziyyət çox sadədir, İbrahimoviç PSJ-də qalacaq".

Qeyd edək ki, 33 yaşlı futbolçunun yenidən "Milan"a qayıdacağı iddia olunur.

 





13.07.2015    çap et  çap et