525.Az

Fariz Yusifov Çempionlar Liqasında


 

Fariz Yusifov Çempionlar Liqasında<b style="color:red"></b>

Çempionlar Liqasının II təsnifat mərhələsinin bu gün keçiriləcək APOEL (Kipr) – “Vardar” (Makedoniya) oyununda hakim dəyişikliyi olub.

Qol.Az-ın  UEFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, FİFA dərəcəli hakimimiz Rəhim Həsənov viza problemi ilə üzləşdiyi üçün Kiprə gedə bilməyib.

Onun əvəzinə sabiq FİFA hakimi Fariz Yusifov təyinat alıb. O, 4-cü hakim funksiyasını yerinə yetirəcək. Beləliklə, F.Yusifov uzun fasilədən sonra yenidən beynəlxalq oyunlarına təyinat alıb.

Qeyd edək ki, azərbaycanlı hakimlər briqadasına Əliyar Ağayev başçılıq edəcək.

 





14.07.2015    çap et  çap et