525.Az

“Beş ulduzu olmayan hotellərin qiyməti niyə bahadır?”


 

“Beş ulduzu olmayan hotellərin qiyməti niyə bahadır?”<b style="color:red"></b> “İndi Bakıda dünyada tanınmış brendlərin otelləri fəaliyyət göstərir. Bakıda olan otellər şəbəkələri ən mötəbər şəbəkələrdir, onların öz qiymət siyasəti var, biz buna o qədər də qarışa bilmərik. Bəs beş ulduzu olmayan hotellərin qiyməti niyə bahadır?”
 
APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev bunu bu gün Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib.
 
Prezident bildirib ki, bölgələrdə, rayon yerlərində elə qiymət istəyirlər ki, insan ora getmək istəmir: “ Buna bəlkə də sadə yanaşırlar ki, bazar tənzimləyir, əgər tələbat varsa,  təklif də var. Amma hər kəs gedə bilmir. Azərbaycanda beş ulduzlu otellərin sayı kifayət qədər çoxdur, mən buna çox sevinirəm. Bu, ölkəmizin gücünü göstərir, prestijdir.

Əgər dünyanın beş ulduzlu aparıcı brendləri Bakıdadırlarsa, Bakı buna layiqdir. Onlar da layiqdirlər ki, Bakıdadırlar. Ancaq üç ulduzlu otellər azdır,  iki ulduzlu otellər yoxdur. O qədər də böyük maddi imkanlara malik olmayan ailələr istirahət edə bilmirlər. Budur reallıq! Azərbaycanda o qədər gözəl yerlər var ki, heç yerə istirahətə getmək də lazım deyil. Dağ, meşə, çaylar, göllər, dəniz, xizək kurortu, hər şey var”.
 
Prezident deyib ki, ölkə turizmin inkişafı üçün üç məsələyə - viza, aviabiletlərin və otellərin qiymətləri məsələsinə, o cümlədən üç ulduzlu, iki ulduzlu otellərin tikintisi məsələsi diqqət mərkəzində olmalıdır: “ Mədəniyyət və Turizm Nazirliyi bununla bağlı tövsiyələr versin, eyni zamanda sahibkarlar da bunu eşitsinlər ”.
 





14.07.2015    çap et  çap et