525.Az

İran diplomatının qələbə gülüşü


 

İran diplomatının qələbə gülüşü <b style="color:red"></b>

Qafqazda hamının yuxuda olduğu bir zamanda mətbuatda yayılan xəbər dünya mediasını silkələdi.

Vyananın “Koburq” otelində “altılıq” və İran arasında keçirilən görüş başa çatdı. Və iyirmi ilə yaxındır ki, davam edən danışıqlar sülhlə bitdi.

Amma bu sülhün adı ”İran diplomatiyasının tarixi zəfəridir”.

Bu, doğrudan da belə oldu. İran diplomatiyası Stalinin qəbulunda Güney Azərbaycanı həzmi-rabedən keçirdiyi kimi, Səttarxanı Tehrana gətirdiyi kimi, Pişəvərini Yevlaxda erməni sürücüsünə öldürtdüyü kimi, Vyanada da 6 ölkəni büküb cibinə qoydu.

Təfərrüatlara başqa bir yazıda toxunacağıq.

Amma bu, dünyanın ən güclü diplomatiyasının növbəti zəfəri oldu. Hər şey bir tərəfə, gecədən başlayan danışıqlarda yuxusuzluqdan şişmiş gözlər, tükənmiş səbrlər və eynək altından rəqibini “out”a salacaq nəzərlər...

Bütün bunlar geridə qaldı.

Günə və bu tarixi prosesə, danışıqlarda İran nümayəndə heyətinə başçılıq edən xarici işlər naziri Məhəmməd Cavad Zərifin obyektivə yansıyan fotosu damğa vurdu.

Cənab Zərifin simasında hər şey yazılıb.

Ən azından bir mücadilənin zəfəri və Şərqin yeni tarixi. Sanki deyir: "Aldatdıq, aldatdıq..."

Modern.az

 





14.07.2015    çap et  çap et