525.Az

“Qəbələ” ev oyununu harda keçirəcək?


 

“Qəbələ” ev oyununu harda keçirəcək?<b style="color:red"></b>

"Qəbələ"nin Serbiyanın "Çukariçki" komandası ilə Avropa Liqasının II təsnifat mərhələsindəki ev oyunu böyük ehtimalla Bakıda keçiriləcək.

Bu barədə Qol.Az-a klubun meneceri Səməd Nəsibov məlumat verib.

Onun sözlərinə görə, Qəbələ şəhər stadionunda Gürcüstanın "Dinamo" (Tbilisi) komandası ilə I təsnifat mərhələsinin cavab görüşündə baş vermiş olaylarla əlaqədar UEFA Nizam-İntizam Komitəsinin cəzalar tətbiq edəcəyi gözlənilir. Bu cəzalardan biri də “Qəbələ”nin ev oyunu ilə bağlıdır.

Klub rəsmisi qeyd edib ki, UEFA Qəbələ şəhər stadionun cəzalanıb-cəzalanmayacağı ilə bağlı qərarı bu gün “Qəbələ”yə bildirəcək. O, eyni zamanda qeyd edib ki, görüş böyük ehtimalla Bakıda keçiriləcək.

 





14.07.2015    çap et  çap et