525.Az

Lukaşenko yenə prezident olmaq istəyir


 

Lukaşenko yenə prezident olmaq istəyir<b style="color:red"></b>

Aleksandr Lukaşenko Belarus prezidentliyinə namizədliyinin qeydiyyata alınması üçün sənədləri Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib.

Trend-in BELTA agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə MSK-nın saytı xəbər yayıb.

MSK-nın məlumatına əsasən, A.Lukaşenkonun prezidentliyə namizədliyinin irəli sürülməsi üçün imzatoplama üzrə təşəbbüs qrupunun qeydiyyatı ilə bağlı sənədlər komissiyaya təqdim edilib.

Təşəbbüs qrupunun rəhbəri Belarus Həmkarlar İttifaqları Federasiyasının başçısı Mixail Orda olub.

 





14.07.2015    çap et  çap et