525.Az

"Xəzər Lənkəran" "Kasımpaşa"ya uduzdu


 

"Xəzər Lənkəran" "Kasımpaşa"ya uduzdu<b style="color:red"></b>

Türkiyədə təlim-məşq toplanışında olan "Xəzər Lənkəran" klubu bu gün ikinci yoxlama matçına çıxıb.

Qol.Az-ın məlumatına görə, Lənkəran təmsilçisi Türkiyə superliqa təmsilçisi "Kasımpaşa" klubu ilə qarşılaşıb.

Nevşehir stadionunda keçiriləcək oyunda "Xəzər Lənkəran" 0:2 hesabı ilə uduzub.

Xatırladaq ki, "Kasımpaşa" ötən mövsüm superliqanı 37 xalla 13-cü pillədə başa vurub.

Qeyd edək ki, ilk yoxlama matçında "Niğdespor"la qarşılaşan "Xəzər Lənkəran" rəqibinə 1:0 hesabı ilə qalib gəlib.

14 iyul

Yoxlama oyunu

19:30. "Kasımpaşa" (Türkiyə) – "Xəzər Lənkəran" (Azərbaycan) - 2:0
Qollar: Malki Büyüksal, 42 (1:0), 44 (2:0)

 





15.07.2015    çap et  çap et