525.Az

Etirazçılardan Ermənistan Baş prokurorluğuna məktub


 

Etirazçılardan Ermənistan Baş prokurorluğuna məktub <b style="color:red"></b>

İrəvanda növbəti etiraz aksiyası keçirən “Talana yox!” hərəkatının fəalları Ermənistan Baş prokurorluğuna məktub ünvanlayıb.

APA-nın news.am-a istinadən verdiyi məlumata görə, oturaq aksiyadan sonra prokurorluq binasına yürüş edən hərəkat fəalları nümayişçilərə qarşı zor tətbiq etmiş polis əməkdaşlarını cəzalandırmağı yenidən tələb ediblər.
 
Tələblərə əsasən, polis işçiləri xidməti vəzifələrini yerinə yetirdikdə polis uniformasında olmalı, nümayişdə həddi-buluğa çatmamış şəxslərin iştirak etdiyi təqdirdə isə polis xüsusi vasitələrdən (gözyaşardıcı qaz, su şırnaqları və s.) istifadə etməməlidir. Bununla da “Talana yox!” hərəkatının növbəti aksiyası başa çatıb.

 





15.07.2015    çap et  çap et