525.Az

Kerri və Zərif Nobel Sülh mükafatına namizəd göstərildi


 

Kerri və Zərif Nobel Sülh mükafatına namizəd göstərildi<b style="color:red"></b>

Stokholm Beynəlxalq Sülh Probleminin Araşdırılması İnstitutu 2016-cı il Nobel Sülh mükafatına İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və ABŞ dövlət katibi Con Kerrinin namizədliyini irəli sürüb.

Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata əsasən, bu barədə İRNA agentliyi xəbər verir.

Məlumatda deyilir ki, institut siyasətçilərin İran nüvə proqramı ilə bağlı razılığın əldə edilməsində rolunu qeyd edib.

 





15.07.2015    çap et  çap et