525.Az

Plutona yaxınlaşan “New Horizons”dan ilk foto - Video


 

Plutona yaxınlaşan “New Horizons”dan ilk foto - <b style="color:red">Video</b> Pluton planetinin səthinə ən yaxın uçuşunu gerçəkləşdirən NASA-nın “New Horizons” kosmik gəmisindən ilk foto daxil olub.
 
İKT.lent.az-ın xəbərinə görə, foto NASA-nın “İnstagram” səhifəsində yerləşdirilib.
 
“New Horizons”un Plutona ən yaxın uçuşu Bakı vaxtı ilə saat 16.49-da reallaşıb. NASA-nın əməkdaşları fotonu həyəcanla və alqışlarla qarşılayıblar. Fotonun üzərində qəlb təsvirinə bənzəyən təsvir diqqəti cəlb edib.
 
NASA fotonu bu sözlərlə təqdim edib: “Cırtdan planet 9 ildir 3 milyard mil yol qət edən “New Horizons” kosmik gəmimiz vasitəsilə dünyaya bir eşq naməsi göndərib”.

 





15.07.2015    çap et  çap et