525.Az

"Telemexanika" Zavodunda baş vermiş partlayışda xəsarət alanlardan daha biri öldü


 

"Telemexanika" Zavodunda baş vermiş partlayışda xəsarət alanlardan daha biri öldü<b style="color:red"></b>

Müdafiə Sənayesi Nazirliyinin (MSN) Şirvan şəhərindəki "Telemexanika" Zavodunda baş vermiş partlayış nəticəsində xəsarət alanlardan daha biri Respublika Yanıq Mərkəzində vəfat edib.

Yanıq Mərkəzindən APA-ya verilən məlumata görə, 1961-cı il təvəllüdlü Muradova Gülnarə Vəlixan qızı bu gün səhər saat 7 radələrində reanimasiya şöbəsində dünyasını dəyişib.
 
Qeyd edək ki, iyulun 7-də zavodun sexlərinin birində yaranmış qısaqapanma nəticəsində sıçrayış olub, nəticədə 20 kvadratmetr sahədə yanğın baş verib.
 
Baş verən hadisə zamanı 2 nəfər ölüb, 19 nəfər xəsarət alıb

 





15.07.2015    çap et  çap et