525.Az

Heyətə daxil edilmədi, futboldan getdi


 

Heyətə daxil edilmədi, futboldan getdi<b style="color:red"></b>

Argentina millisinin sabiq futbolçusu Pablo Aymar karyerasını başa vurub.

Qol.Az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, buna futbolçunun Libertadores kubokunda yarımfinal matçının "18"liyinə daxil edilməməsi səbəb olub.

"River Pleyt"in 35 yaşlı futbolçusu qərarını belə izah edib: "Dünən mənə matçın heyətinə daxil edilməyəcəyimi söylədilər. Hər şeyi anladım. Komandada digər futbolçular üçün nəzərdə tutulmuş yeri dar etmək istəmirəm. Bu səbəbdən karyeramı başa vurmaq qərarı verdim".

Qeyd edək ki, Aymar Avropada "Valensiya", "Saraqoza" və "Benfika" klublarında çıxış edib.

 





15.07.2015    çap et  çap et